
Wizz Air” avia şirkəti 4 yeni istiqamətə başlayır. Bu haqda “Ermənistan Beynəlxalq Hava Limanları” QSC-nin məlumatında deyilir.
Beləliklə, 2023-cü il aprelin 23-də birdən üç yeni istiqamət başlanacaq..
Dortmund-Yerevan-Dortmund marşrutu üzrə uçuşlar həftədə iki dəfə olmaqla, hər çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Sofiya-Yerevan -Sofiya marşrutu üzrə uçuşlar hər çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Katovitse-Yerevan-Katovice marşrutu üzrə uçuşlar həftədə iki reys tezliyi ilə hər çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
2023-cü ildə İyunun 12-dən hər bazar ertəsi və cümə günləri həftədə iki reys tezliyi ilə yerinə yetiriləcək Praqa-Yerevan-Praqa marşrutu üzrə uçuşlara start veriləcək.