BaşlıcaSiyasət

Rusiya Aİ-nin Ermənistandakı missiyasının məqsədini açıq şəkildə səhv başa düşüb: Stano

Aİ bəyan edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi Rusiya-Aİ rəqabətinin girovuna çevrilməməlidir. “Radar Armenia” yazır ki, bu Aİ-nin xarici işlər üzrə sözçüsü Peter Stano “RİA Novosti”yə bildirib.

O, Rusiya Xarici İşlər Nazirliyinin regionun nizamlanması məqsədilə Ermənistanda iki illik Avropa missiyasının fəaliyyətə başlamasına reaksiyasını şərh edib.

Stano vurğulayıb ki, Aİ-nin Ermənistanla Azərbaycan arasında nizamlanmada rolunun Rusiyaya qarşı yönəldiyini kimi qəbul edərək, Rusiya Federasiyası səhv edir.

“Rusiya bu missiyanın məqsədini açıq şəkildə səhv başa düşüb və Aİ-nin regionda iştirakını yanlış qiymətləndirməyə davam edir. Ən əsası, bu, Rusiyanın işi deyil. Aİ missiyası Ermənistan hakimiyyətinin istəyi və sərbəst qərarı ilə fəaliyyətə başlayıb.

Təbii ki, Aİ də bu məsələ ilə bağlı Azərbaycanın hakimiyyət orqanları ilə əlaqə saxlayır”, – deyə o qeyd edib.

“Bu missiya mülki xarakter daşıyır və Aİ-nin Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq səylərini dəstəkləmək üçün əsas element rolunu oynayacaq. Hər iki tərəfin müvafiq xahişindən sonra Avropa İttifaqı bu rolu öz üzərinə götürüb”, – deyə Stano bildirib.

Stanonun sözlərinə görə, missiyanın məqsədi xüsusilə yerli əhalinin təhlükəsizliyini və etimadını gücləndirməkdir.

“Bu günlərdə sosial şəbəkələrdə yayılan bütün digər şayiələr və fərziyyələr tamamilə əsassızdır”, – deyə o yekunlaşdırıb.

Daha çox göstər
Back to top button