
Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra Qafqaz Müsəlmanları İdarəsinin Prezidenti Şeyxülislam Allahşükür Paşazadə fikrini dəyişərək İranla qardaşlıqdan “imtina edib”.
Xatırladaq ki, ötən gün A.Paşazadə qeyri-müəyyən və kəskin danışaraq İranın Azərbaycanın qardaşı olduğunu, amma təəssüfflər olsun ki, İranın Ermənistanın yenə qardaşı Ermənistan olduğunu bəyan etmişdir
“Azərbaycanın İrandakı səfirliyinə törədilmiş terror aktını pisləyirik. Bu gün ölkəmizin bütün dinlərinin nümayəndələri başsağlığı verib.
Bu, Azərbaycanda tolerantlıqdan, milli birlikdən xəbər verir. İrandan qardaş hesab etdiyimiz şəhidi gətirdik.
İndi biz bilirik ki, onlar bizim qardaşımız deyil, Ermənistanın qardaşıdır.Prezident İlham Əliyevin dediyi kimi, baş verənlər terrordur.
İranda baş verənlər hərtərəfli araşdırılmalı və dünya həqiqəti bilməlidir.40 milyona yaxın azərbaycanlı rejimin əsiridir” – deyə Paşazadə bildirib.