BaşlıcaSiyasət

Cozef Borel Azərbaycanı Laçın dəhlizi ilə hərəkət azadlığı təmin etməyə çağırıb

2022-ci ildə dekabrın əvvəlindən bəri Avropa İttifaqı Laçin dəhlizi boyu və ətrafında baş verən hadisələri və onların humanitar nəticələrini diqqətlə izləyir. Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Avropa Parlamentinin üzvü Assita Kankonun rəsmi sualına cavab olaraq bildirdi.

“Aİ Azərbaycanı 9 noyabr 2020-ci tarixli bəyanatdan irəli gələn öhdəliklərə uyğun olaraq dəhliz boyunca hərəkət azadlığını və təhlükəsizliyini təmin etmək üçün öz yurisdiksiyasında tədbirlər görməyə çağırıb”, – deyə qeyd olunub.

Bildirilib ki, Borrell və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarın hər iki tərəflə sıx əlaqədə saxlayır.

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ermənistanda Aİ-nin yeni müşahidə missiyasının yerləşdirilməsinə də toxunub.

“Missiyanın məqsədi Ermənistanın sərhədyanı rayonlarında sabitliyə töhfə vermək, yerli etimadı gücləndirmək və Aİ tərəfindən dəstəklənən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərə töhfə verəcək şərtləri təmin etməkdir”,- deyə bildirilib.

Borel AŞ deputatının sorğusunda Azərbaycan hakimiyyətinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsinə də toxunub.

Daha çox göstər
Back to top button