BaşlıcaBeynəlxalq

Hollandiya parlamentinin deputatları Azərbaycanın Xarici işlər nazirinin müavini ilə görüşdən imtina ediblər

Azərbaycanın Niderlanddakı səfirliyi Azərbaycan Xarici işlər nazirinin müavini ilə görüşmək üçün Niderland Parlamentinin Xarici Əlaqələr Komitəsinə müraciət edib, lakin komitə bu xahişi rədd edib.

Alınan məlumata görə, komissiyanın dərc etdiyi sənəddə təklifin lehinə yalnız parlamentin DENK fraksiyasının olduğu, CDA fraksiyasının prosesdə iştirak edə bilməyəcəyi bildirilib, digər fraksiyalardan isə heç bir cavab gəlmədiyi qeyd olunub.

Komissiya qeyd edib ki, iclasda səs çoxluğu təmin olunmayıb, Azərbaycanın Xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüş nəzərdə tutulmayıb və bu haqda Azərbaycan səfirliyinə məlumat veriləcək.

Daha çox göstər
Back to top button