BaşlıcaMədəniyyət
“Avroviziya 2023″ün loqo və şüarı açıqlanıb

Bu il Britaniyanın Liverpul şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinin loqo və şüarı açıqlanıb.
Mahnı müsabiqəsinin loqosu ürəklərin birlikdə döyünməsini əks etdirir, “United by Music” isə müsabiqənin rəsmi şüarı olaraq seçilib.
Qeyd edək ki, müsabiqədə ötən il Ukrayna qazansa da, ölkədəki vəziyyət səbəbindən Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda ilham mənbəyi kimi istifadə edilib.
Xatırladaq ki, mayın 9-u və 11-də mahnı müsabiqəsinin yarımfinalları keçiriləcək. Mayın 13-də isə final baş tutacaq.