
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yanvarın 31-də Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi ilə telefon danışığı aparıb.
Telefon danışığı zamanı regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunulub.
Nazir Mirzoyan yaponiyalı həmkarına Azərbaycan tərəfindən Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində yaranmış humanitar böhranın təfərrüatlarını təqdim edib və vurğulayıb ki, Azərbaycanın bu hərəkətləri 9 noyabr tarixli üçtərəfli bəyanatın və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu hərəkətlər DQ xalqını etnik təmizləməyə məruz qoymağa yönəlib.
ER xarici işlər naziri beynəlxalq ictimaiyyətin Laçın dəhlizinin dərhal açılmasına, eləcə də müvafiq beynəlxalq strukturların Dağlıq Qarabağa maneəsiz humanitar girişinin təmin edilməsinə yönəlmiş aydın addımların atılmasının vacibliyini vurğulayıb.
Ararat Mirzoyan həmkarına Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində baş verən son hadisələri təqdim edib və Azərbaycanın maksimalist yanaşmalarının Ermənistanın sülh səylərinə zərbə vurduğu vurğulanıb.
Həmçnin Ermənistan-Yaponiya arasında ikitərəfli, eləcə də çoxtərəfli platformalarda qurulmuş əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Nazir Mirzoyan Ermənistanın müxtəlif sahələrdə potensialının gücləndirilməsinə və institusional inkişafına yönəlmiş Yaponiyanın dəstəyinin əhəmiyyətini vurğulayıb.