BaşlıcaEkonomika

Ermənistanın iqtisadi aktivlik indeksi ötən il 14,2 faiz artıb

Ermənistanın iqtisadi aktivlik indeksi 2022-ci ilin 12 ayı ərzində 2021-ci illə müqayisədə 14,2 faiz artıb. “Armenpress” xəbər verir ki, bu barədə ER Statistika Komitəsinin dərc etdiyi məlumatda bildirilir.

Ötən il sənaye məhsulunun həcmi 2021-ci illə müqayisədə 7,8 faiz artıb. Ötən ilin 12 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun həcmi 0,4 faiz artmışdır.

Ötən il tikinti həcmlərində 12,5 faiz, 2022-ci ilin yanvar-dekabr aylarında 2021-ci illə müqayisədə ticarət dövriyyəsində artım 17 faiz olub.

2022-ci ildə göstərilən xidmətlərin həcmi 2021-ci illə müqayisədə 28,2 faiz artıb.

İstehlak qiymətlərinə gəlincə, 2022-ci ildə istehlak qiymətləri indeksi 8,6 faiz artıb. Sənaye məhsullarının qiymət indeksi isə 2,6 faiz artıb. Ötən ilin 12 ayında elektrik enerjisi istehsalının həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,1 faiz artıb.

Ermənistanda orta aylıq nominal əmək haqqı 2022-ci ilin yanvar-dekabr aylarında 15,5 faiz artaraq 235 min 576 dram təşkil edib. Bundan başqa, dövlət sektorunda artım 4,3 faiz, 186 min 940 dram, qeyri-dövlət sektorunda isə 19 faiz artaraq 256 min 733 dram olub.

2022-ci ildə 2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmində 68,6 faiz artım qeydə alınıb, ixrac 77,7 faiz, idxal isə 63,5 faiz artıb.

2022-ci ilin yanvar-dekabr aylarında dramın ABŞ dollarına nisbətdə məzənnəsi 435,67 olub.

Daha çox göstər
Back to top button