Siyasət

ABŞ Dövlət Departamenti Qafqaz danışıqları üzrə yeni baş məsləhətçi təyin etdi

ABŞ dövlət katibi Entoni Blinken Luis Bononu ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin etdi. Bu barədə ABŞ Dövlət Katibliyinin bəyanatında qeyd olunur.

“Bu vəzifədə cənab Bono Ermənistan və Azərbaycan arasında sülh prosesini inkişaf etdirmək üçün regional liderlərlə işləyəcək”,- deyə bildirilib.

Qeyd olunub ki, Luis Bono ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyində, Birləşmiş Millətlər Təşkilatının Vyanadakı ofisində və Müqəddəs Taxt-tacda müvəqqəti işlər vəkili vəzifələrində çalışmışdır.

O, Bəsrədə Milli Təhlükəsizlik Şurasında regional direktor vəzifəsində çalışıb və Dövlət Katibinin İqtisadiyyat üzrə Müşavirinin müşaviri olub.

Bəyanatda qeyd olunur ki, ABŞ Ermənistan və Azərbaycana sülh sazişi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli ilə bağlı danışıqlara kömək etmək öhdəliyi götürür”.

“Cənab Bono Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün həmfikir tərəfdaşlarla, o cümlədən Avropa İttifaqı ilə, eləcə də ATƏT kimi beynəlxalq təşkilatlarla ikitərəfli əsasda işləyəcək”, – ABŞ dövlət katibi bildirib.

Daha çox göstər
Back to top button