BaşlıcaSiyasət

KTMT missiyası 1-2 gün ərzində Ermənistan-Azərbaycan sərhədində yerləşdirilə bilər: Lavrov

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasının Ermənistan və Azərbaycan sərhədində yerləşdirilməsi təklifi aktual olaraq qalır. Yerevanda maraqlı olarsa, o, yerləşdirilə bilər. “Armenpress” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dmitri Kiselyova müsahibəsinə istinadən TASS agentliyi məlumat yayıb.

“KTMT-nin bu çətin vəziyyətdə sülhməramlı əməliyyatın (Ermənistanla Azərbaycan sərhədində) yerləşdirilməsi planını hazırlaması, hesab edirəm ki, çox mühüm nailiyyət idi. Bu təklif hələ də masadadır. Və əgər bizim erməni müttəfiqlərimiz və dostlarımız bunda əvvəlki kimi maraqlıdırsa, o zaman bu missiya cəmi bir-iki günə yerləşdirilə bilər”, – deyə Lavrov bildirib.

Daha çox göstər
Back to top button