BaşlıcaSiyasət

“Joğovurd”:   “Ermənistan-Türkiyə sərhədi nə vaxt açılacaq?”

“Joqovurd” qəzeti yazır:  2022-ci ilin dekabrında Ermənistan və Türkiyə nümayəndələrindən ibarət işçi qrupları Ermənistan-Türkiyə sərhədi yaxınlığında, Ararat bölgəsində görüşdülər.

“Joğovurd” gündəlik qəzetinin məlumatına görə, Markara körpüsündən də nümunə götürülüb. Bizə onu da bildirdilər ki, işçi qrupunun üzvləri dekabr ayında əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün iki iclas keçiriblər.

O cümlədən, söhbət 2022-ci il iyulun 1-də Türkiyə təmsilçisi Serdar Kılıçla Ermənistan təmsilçisi Ruben Rubinyan arasında keçirilən görüşdə əldə olunan razılaşmalardan gedir.

Həmin görüşdə Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarına ən qısa müddətdə Ermənistan-Türkiyə quru sərhədini keçmək imkanının yaradılması qərara alınıb.

 Həmçinin Ermənistan-Türkiyə birbaşa hava yüklərinin ən qısa zamanda daşınmasına başlanması prosessi  razılaşdırılıb.

“Joqovurd” gündəlik qəzetinin yazdığına görə, bu qadağa yanvarın 1-dən götürülsə də, Ermənistan Respublikasının İqtisadiyyat nazirliyinin məlumatına görə, proses hələ başlamayıb.

“Joqovurd” gündəlik qəzeti ER Xarici İşlər nazirliyinə yazılı sorğu göndərərək dekabr ayında hansı işlərin görüldüyü və Ermənistan-Türkiyə sərhədlərinin açılması prosesinin hansı mərhələdə olduğu barədə məlumat vermələrini xahiş edib.

Sorğumuza cavab olaraq ER Xarici işlər nazirliyinin İnformasiya və Diplomatiya Departamenti belə cavab verdi:

“İyulun 1-də Ermənistan və Türkiyə arasında işçi qrupları səviyyəsində keçirilən görüşlər nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi prosesi gedir. Bu çərçivədə Markara körpüsündən də nümunə götürülüb”.

Bizə onu da bildirdilər ki, Ermənistan və Türkiyə nümayəndələrinin qarşıdakı görüşünün nə vaxt keçiriləcəyi hələlik məlum deyil, çünki indi əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində işlər aparılır və yalnız bundan sonra yeni görüşlə bağlı razılıq əldə olunacaqdır”.

Daha çox göstər
Back to top button