ArtsaxBaşlıcaSiyasət

Tənqidlər azdır, Azərbaycana qarşı sanksiyalar lazımdır: Deputat

Avropa Şurası Azərbaycan tərəfindən Artsaxı tam blokadaya alması nəticəsində baş vermiş humanitar fəlakətlə bağlı Ermınistan Parlamentinin deputatı Taguhi Tovmasyanın məktublarına cavab verib. Bu barədə deputat “Facebook” səhifəsində bildirdi.

O qeyd etdi ki, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriçə azərbayacnı deputat Z. Orucun beynəlxalq hüququn subyekti sayılan Ermənistan Respublikasının paytaxtının işğal edilməsi bəyanatı ilə bağlı xəbərdarlıq etdi.

“Berdzor dəhlizinin bağlanmasından bəri mənim yazılarım Artsaxda baş vermiş humanitar fəlakət nəticəsində 120.000 Artsax erməninin fundamental hüquqlarının pozulması haqqındadır. Mən həmçinin Azərbaycan tərəfindən 19 erməni uşağına emosional və psixoloji zorakılıq etməsinin yolverilməz hadisəsinə xüsusi toxundurm, bu hadisə səlahiyyətli beynəlxalq dairələr tərəfindən araşdırılmalıdır. Bu məktublarla əlaqədar olaraq, AŞ Baş katibinin ofisinin direktoru və baş katibin müavini cənab Miroslav Papadan cavab məktubları aldım”,- Taguhi Tovmasyan qeyd etdi.

Onların cavabına görə, Avropa Şurası öz səlahiyyətləri çərçivəsində Ermənistan və Azərbaycan arasında barışıq səylərini dəstəkləməyə davam edəcək. Qeyd olunub ki, Avropa Şurasının baş katibi Laçin dəhlizinin bağlanması nəticəsində yaranmış vəziyyəti yaxından izləməkdə davam edəcək.

Deputat vurğuladı ki, beynəlxalq ictimaiyyət Azərbaycanın soyqırımı siyasətinin qarşısının alınması üçün təsirli addımalr atmalıdır.

“Tənqidlər azdır, Azərbaycana qarşı sanksiyalar lazımdır”, – o vurğulayıb.

Daha çox göstər
Back to top button