
Biz Laçın dəhlizinin blokadasından son dərəcə narahatıq, biz daim tələb edirik ki, dəhliz açılsın, əhaliyə ərzaq və humanitar yardımlar çatdırılsın.
Bunu RTVI-ya müsahibəsində Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann Kler Lejandre bildirdi.
O qeyd edib ki, Dağlıq Qarabağda ciddi humanitar böhranın real təhlükəsi var. Bundan əlavə, Ermənistanla Azərbaycan arasında danışıqların bərpasını dəstəkləyirlər.
“Avropa vasitəçiliyi var, biz bunu qeyd-şərtsiz dəstəkləyirik. Fransa prezidentinin sayəsində iki ölkənin nümayəndələri ötən ilin oktyabrında Praqa sammiti çərçivəsində danışıblar. Praqa sammitində gərginliyi azaltmaq üçün Aİ missiyasının Ermənistan sərhədinə göndərilməsinə qərar verilib”,- Lejandr vurğualdı.
O vurğuladı ki, Fransanın bunu dövlət səviyyəsində dəstəklədi.
“Danışıqların bərpa edilməsi və gərginliyin azadılması üçün Fransa prezidenti şəxsən bütün səylərini göstərdi”.