
Artsax Respublikasının dövlət naziri Ruben Vardanyan fevralın 6-da Suriya və Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.
“Dağıdıcı zəlzələ nəticəsində həm Suriyada, həm də Türkiyədə, o cümlədən ermənilər arasında çoxlu insan itkiləri var.
Faciəli fəlakət nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Bu çətin sınaqdan çıxmaq üçün onlara güc və dözüm arzulayıram.
Təəssüf ki, biz dağıdıcı zəlzələnin insan faciələrinə səbəb ola biləcəyini çox yaxşı bilirik. Xalqımız o ağrıya yaxşı bələddir.
Həmvətənlərimizin itkisinə görə çox kədərlənirəm. Hər bir erməninin həyatı və taleyi önəmlidir. Önəmli olan həm 3 milyon, həm 120 min, həm də bir ermənidir, istər Ermənistanda, istər Artsaxda, istər Suriyada, istərsə də ümumilikdə erməni dünyasında” – deyərək Dövlət naziri öz Facebook səhifəsində yazıb.