BaşlıcaSiyasət

Xarici işlər naziri:  “Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı daha bir təklif alıb”

Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan almaniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı daha bir təklif alıb və mətn üzərində işləyir. Mirzoyan bunun davamlı iş olduğunu vurğulayıb.

“Biz Moskvada Azərbaycan və Rusiyanın Xarici işlər nazirləri ilə görüşməli idik, lakin Ermənistan tərəfi Laçın dəhlizinin bağlanması ilə əlaqədar iştirakını təxirə saldı.

 Lakin buna baxmayaraq, biz öz təkliflərimizi Azərbaycan tərəfinə çatdırdıq və bu yaxınlarda Bakıdan sülh müqaviləsi üzrə yeni təkliflər aldıq.   Biz mətn üzərində işləməyə davam edirik” – deyərək Ararat Mirzoyan əlavə edib ki, danışıqlar prosesi davam edir.

Onun sözlərinə görə, danışıqlar prosesinə Azərbaycanın ritorikası və aqressiv hərəkətləri mane olur. O, xatırladıb ki, ER-nin suveren ərazisi hələ də işğal altındadır, Qarabağ mühasirəyə alınıb. İstənilən halda biz sülh gündəmində çox qərarlı və qətiyik və regionda sülh üçün səylərimizi davam etdirəcəyik”.

Daha çox göstər
Back to top button