ArtsaxBaşlıcaSiyasət

“Dağlıq Qarabağa qazın verilişinin dayandırılması Azərbaycan dövləti tərəfindən həyata keçirilən hərəkətdir”: Baş nazir

ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Azərbaycan tərəfindən Laçın dəhlizinin 60 gündür davam edən qanunsuz blokadası humanitar böhranla yanaşı DQ-da ekoloji böhrana da gətirib çıxardı.

Paşinyan qeyd etdi ki, dünən Azərbaycan yenə DQ-ya qazın verilişini kəsdi, dekabrın 12-dən Azərbaycan DQ-ya qazın verilişini artıq 7-ci dəfə dayandırır, bəzən isə qazın verilişi tamamən deyil, 50 faizlə dayandırlır: “Bu, “ekoloqlar” deyil, dövlət tərəfindən həyata keçirilən hərəkətdir”.

Onun sözlərinə görə, Azərbaycanın hərəkətləri DQ əhalisinin öz vətənlərində yaşamaq iradəsini qırmağa yönəlib, lakin bu iradə sarsılmazdır: “Biz səylərimizi getdikcə artırmalıyıq, beynəlxalq diqqəti Dağlıq Qarabağda Azərbaycanın aqressiv və təxribatçı hərəkətlərinin nəticəsi olan humanitar və ekoloji böhrana yönəltməliyik”.

Daha çox göstər
Back to top button