Avropa İnteqrasiya Məsələləri Daimi Komitəsinin sədri Arman Yeğoyan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin Ermənistan və Azərbaycan üzrə hazırladığı yeni hesabata istinad edərək hesabatda hansı mühüm vurğunun edildiyini təqdim edib.
“Hesabatda Azərbaycanın ötən ilin sentyabrında Ermənistana hücumu qəti şəkildə pislənilib, qoşunların Ermənistanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasına çağırış edilib, Azərbaycanda insan haqlarının vəziyyətinin biabırçı olduğu vurğulanıb və Azərbaycanla iqtisadi əməkdaşlığın orada insan rifahının yaxşılaşdırılması ilə əlaqələndirilib. Hesab edirəm ki, bu da çox vacibdir.
Digər tərəfdən, Ermənistanda müxtəlif sahələrdə aparılan islahatlar yüksək qiymətləndirilib. Bütün çətinliklərə baxmayaraq, bu islahatların irəlilədilməsi iradəsi də yüksək qiymətləndirilib”, – deyə Yeğoyan Parlamentdə bildirib.