BaşlıcaBeynəlxalq

Avropa Parlamentinin fransalı üzvü “Civilnet”:   “Əgər Moskva blokadanı dayandırmaq istəsəydi, artıq bunu etmiş olardı”

Biz BMT agentliklərinin Artsax və Laçın dəhlizində iştirakını gözləyirik, xüsusən indi. Bu barədə Avropa Parlamentinin fransalı üzvü, Fransanın Avropa məsələləri üzrə keçmiş naziri Natali Loiseau CivilNet-ə müsahibəsində bildirib.

“Həddindən artıq uzun müddətdir ki, AB münaqişədən uzaqlaşıb. İndi humanitar böhran olduğu və Rusiya Dağlıq Qarabağ əhalisini kifayət qədər müdafiə etmədiyi üçün AB və ATƏT daha çox şey etməlidir.

Biz faktlara baxırıq, açıqlamalara qulaq asırıq. Məsələ burasındadır ki, Rusiya “sülhməramlıları”nın olmasına baxmayaraq, blokada 50 gündən çoxdur ki, davam edir. Moskva bunu dayandırmaq istəsəydi, artıq bunu etmiş olardı.

2020-ci il noyabrın 9-da Dağlıq Qarabağ və Laçın dəhlizində nəqliyyatın hərəkəti ilə bağlı öhdəlik götürən AB deyil, Rusiya olub.

Xatırlatmaq istərdim ki, bu öhdəlik AB tərəfindən tanınıb və ötən ilin oktyabrında Praqada keçirilən dördtərəfli görüş zamanı qeyd edilib.

Rusiyanın hərəkətsizliyi AB-ə zərər vermir. Bu, erməni xalqına ziyan vurur. Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun AB-nin Ermənistanla Azərbaycan arasında göstərdiyi səylərə şübhə ilə yanaşmasını eşidirik.

 Amma biz onu da görürük ki, o, Dağlıq Qarabağ məsələsində Azərbaycanın tərəfini tutur. Əgər belə dostların varsa, düşmənə ehtiyac yoxdur”- deyə Lauzo Ermənistan-Azərbaycan nizamlanması prosesinə toxunaraq qeyd edib.

Hazırda Minsk Qrupunun həmsədrlik formatında böyük dinamika görmürəm, yəqin ki, Rusiyanın təcridinin artması ilə əlaqədardır.

Mən Azərbaycan prezidenti, Ermənistanın Baş naziri, Avropa Birliyinin rəhbərləri arasında dördtərəfli görüş zamanı əldə olunan irəliləyişi alqışlayıram.

Avropa Şurasının rəhbəri Şarl Mişel və Fransa prezidenti və Emmanuel Makron ötən ilin oktyabrında Fransanın güclü töhfəsi ilə Praqada irəliləyiş qeyd olunub

Məhz o zaman Ermənistan və Azərbaycan sərhədinə missiya göndərilməsi barədə razılıq əldə edilmişdi. İndisə  genişləndirilib hesab edirəm ki, bu, çox müsbət bir inkişafdır. Ona görə də mənim fikrimcə, bu dördtərəfli format yerindədir”.

Bakıya blokadanın aradan qaldırılması üçün təzyiq göstərməklə bağlı əlavə nəsə görmək istərdinizmi sualına o belə cavab verdi:

“Mənim ilk reaksiyam israr etmək olardı ki, Laçın dəhlizi bağlıdırsa  heç bir danışıqlardan söz gedə bilməz. Mən həmçinin dəhlizə bir faktaraşdırıcı missiyanın daxil olmasını istərdim.

Bu, BMT Təhlükəsizlik Şurasının rolu olacaq: getmək, görmək və danışmaq. Belə olan haldasa, BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul etmək perspektivi olmalıdır,imtina olunmamalıdır”.

O, həmçinin ümidvar olduğunu bildirib ki, Azərbaycan və Ermənistan arasında iki ildən az müddətdə sabit sülh bərqərar ola bilər.

Daha çox göstər
Back to top button