İran və Ermənistan belə bir dəhlizin yaradılmasına imkan verməyəcək: Iranın Ermənistandakı səfiri
İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri Ermənistan-İran konfransı zamanı bəyan edib ki, “Tehran ona problem yaratmaq istəyən kiçik ölkələrə kiçik sillə vura bilər. Amma İran rəsmiləri emosional hərəkət etməməyə üstünlük verirlər. Onlar öz hərəkətlərində kifayət qədər müdrik və təmkinlidirlər”
Bundan başqa, İran səfiri Azərbaycanın irəli sürdüyü qondarma “dəhliz mövzusu” ilə bağlı mühüm açıqlama verib. Zohuri bəyan edib ki, İran və Ermənistan dəhliz yaradılmasına imkan verməyəcək.
İran və Ermənistan ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutunun təhlükəsi təkcə İran və Ermənistana qarşı deyil, həm də həmin yolun digər benefisiarlarına qarşı yönələcək, onlar bunu özləri üçün təhlükə hesab edəcəklər.
Səfir vurğulayıb ki, müəyyən hiylələr nəzərə çarpır, onlar qondarma dəhlizlərdən, hansısa hərəkətlərdən danışırlar, lakin İran və Ermənistan belə bir dəhlizin yaradılmasına imkan verməyəcək.
Xatırladaq ki, 2022-ci ilin sentyabrında Ermənistanın suveren ərazisinə qarşı Azərbaycanın təcavüzündən sonra İran prezidenti xüsusi olaraq vurğuladı ki, regionda sərhədlərin dəyişikliyi qəbuledilməzdir. Rəisi bildirdi ki, Ermənistanın təhlükəsizlik məsələsi İran üçün çox önəmlidir”.
Ermənistanla münasibətlərin əhəmiyyətini İranın Ermənistandakı səfiri də bir daha vurğuladı. Onun sözlərinə görə, Ermənistan və İran bütün istiqamətlərdə sıx əməkdaşlıq edir.
Səfir qeyd etdi ki, yaxın vaxtlarda İranda Ermənistanın baş konsulluğu açılacaq.
Abbas Bədəxşan Zohuri xüsusi olaraq bir daha da vurğuladı ki, Ermənistan və İran qonşu olub və olacaqlar.
Gözlədiyimiz kimi, İranın Ermənistandakı səfirinin son bəyanatları Azərbaycanda İrana qarşı növbəti isteriya dalğasına gətirib çıxarıb.