BaşlıcaSiyasət

“KP” “Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətnini hazırlayır”

Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətnini hazırlayır. Bu barədə fevralın 13-də parlamentdə ənənəvi brifinqlər zamanı parlamentin Xarici əlaqələr üzrə  daimi komissiyasının sədri, hakim”KP” (Mülkimüqavilə) fraksiyasının deputatı Sarqis Xandanyan bildirib.

Deputat qeyd edib ki, bu yaxınlarda Azərbaycan tərəfdən təkliflər daxil olub. “Hazırda bu təkliflər üzərində iş aparılır…

 Təkliflərimiz hazır olduqdan sonra onlar Azərbaycan tərəfinə göndəriləcək” – deyə Xandanyan bildirib.

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya Xarici işlər nazirliyinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə dəstək üzrə xüsusi nümayəndəsi İqor Xovayevin səfərinə toxunan parlamentari xüsusilə qeyd edib :

“Ermənistan hökumətinin nümayəndələri rusiyalı həmsədrlə Laçın dəhlizinin blokunun açılması, təhlükəsizliyin təmin edilməsi, eləcə də xarici siyasətin bütün digər məsələləri və aspektlərini müzakirə ediblər.

“Bu, həmsədrin Ermənistana növbəti səfəri idi. Nəticələrə daha geniş kontekstdə baxılmalıdır” – deyərək hakim fraksiyasının  deputatı bildirib.

Daha çox göstər
Back to top button