BaşlıcaSiyasət

Levan Tsalugelaşvili: “Dünən sizin məsxərəyə qoyduğunuz, dünyanın yarısının ancaq sizin  olduğunu zənn etdiyiniz, sevimli türklər,  azərbaycanlılar baxın bunlar  həmin insanlardır”

Gürcüstanın “Progressnews.press” saytı Levan Tsalugelaşvilinin erməni xilasedicilərinin Türkiyədə gördüyü işlərlə bağlı fikirlərini dərc edib.

Levan Tsalugelaşvili Gürcüstan Vəkillər Kollegiyasının hüquqşünasıdır. O, əvvəllər “Versia” qəzetində jurnalist, “İberiya” telekanalında müxbir vəzifələrində çalışıb.

“Bu foto həm türklərin, həm də azərbaycanlıların yaxşı yaddaşında qalmalıdır.

Ümid edək ki, həm türklər, həm də azərbaycanlılar xatırlayacaqlar ki, gələcəkdə xristian kilsələrindən günbəzləri yığışdırmayacaqlar, bəzək əşyalarını, Xaçkarları, qəbirləri ləkələməyəcəklər.

Üstəlik, onları o qədər murdarlayıblar ki, Qarabağdan çıxanda qəbir sahiblərini qazmağa, ölülərinin sümüklərini çıxarmağa, özləri ilə aparmağa məcbur ediblər.

Kim dedi ki, müharibə deyilən bir şey, təbii fəlakət başqa şeydir? Müharibədə həlak olanlarla təbii fəlakətlər nəticəsində həlak olanlar bir-birindən fərqlənmir.

Bu gün bu erməni xilasedicilər mənim üçün bütün Qafqazda bir nömrəli qəhrəmanlardır. Gürcülər, bəli, başa düşmək olar, cənablar, amma bu insanlar bir nömrəli qəhrəmanlardır.

Çünki türklər və azərbaycanlılar tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalan erməni qadın hərbiçinin cəsədi hələ soyumayıb… işgəncə veriblər, heyvani təxəyyüllərinə çatan hər şeyi ediblər… çünki mən öz gözlərimlə görmüşəm və o videonu bu günə kimi saxlayıram ,mən görmüşəm ki, atasının məzarı başında ağlayan gənci necə məsxərəyə qoyurlar…

Bu erməni qəhrəmanlarının kürəyində çox böyük ağrı var, amma bu gün onlar gəlib, soyqırım günündən onları məhv etməyə çalışan düşmənə kömək edirlər.

Çünki Qarabağ müharibəsi zamanı tam sükut hökm sürürdü. Orda öldürülən uşaqlardan, qocalardan, saçları ağarmış on səkkiz-on doqquz yaşlı oğlanlardan, indiki kimi hər yerdə heç kim narahat deyildi… sadəcə ona görə ki, hə, deyirdilər, ərazi Azərbaycanındır, bəs necə?  …

Hətta belə olsa belə, uşaqları  acından öldürməlirlərmi? Onları dolanışığından, yoldan məhrummu etməlidirlər? Nədir-nədir toprpaq onlarındır?.

Ona görə də bu insanların əməyini qiymətləndirin və onlara təşəkkür edin. Dünən məsxərəyə qoyduğunuz, dünyanın yarısının ancaq sizin  olduğunu zənn etdiyiniz xalq, əziz türklər, azərbaycanlılar bax həmin insanlardır. Sən demə, güclü sarsıntı lazımmış ki… daş daş üzərində qalmasın”.

Daha çox göstər
Back to top button