BaşlıcaMədəniyyət
Nyu York Metropoliten İncəsənət muzeyi Hovhannes Aivazovskini ukraynalı rəssamlar sırasına daxil edib

Nyu-Yorkun Metropoliten İncəsənət muzeyində Ukrayna rəssamları arasında Hovhannes Aivazovski və İlya Repin də var. Bunu muzeyin saytında yerləşdirilən məlumatlar sübut edir.
Saytın Aivazovski ilə bağlı məqaləsində rəssamın milliyyəti ilə bağlı bölmədə onun ukraynalı olduğu qeyd olunub. Bu dəyişikliklər bazar günü Ali Radada diqqət mərkəzində olub.Bu haqda TASS yazır.
İvan Aivazovski 1817-ci ildə Teodosiyada anadan olub. O,dünyanın ən məşhur dəniz rəssamlarından biri hesab olunur.
Teodosiya Erməni Kilsəsinin doğum və vəftiz dəftərində Aivazovskinin doğumu belə qeyd olunur: Hovannes, Gevorq Ayvazyanın oğlu. Onun müxtəlif kolleksiyalarda olan bəzi rəsmlərindəki imza ermənicədir: “Yovhannes Ayvazean”.