BaşlıcaSiyasət

Kanada İcmalar Palatasının komitəsi Azərbaycanı Laçın dəhlizini açmağa çağırıb

Kanada Parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Daimi Komitəsi Azərbaycanı Laçın dəhlizi ilə sərbəst hərəkəti təmin etməyə çağırıb. İcmalar Palatasına təqdim edilən təklif yekdilliklə qəbul edildi. Bu barədə “Armenpress” Kanadanın Hay Dat Komitəsinin yaydığı mesaja istinadən xəbər verir.

“Kanada İcmalar Palatasının Xarici Əlaqələr Daimi Komitəsi deputat Stefan Berjeroninin təqdim etdiyi petisiyanı yekdilliklə qəbul edib, Azərbaycanı Laçın dəhlizini açmağa, hərəkət azadlığını təmin etməyə və humanitar vəziyyətin daha da pisləşməsinə yol verməməyə çağırıb”- deyə məlumatda qeyd edilib.

Müraciət İcmalar Palatasına göndəriləcək və hökumətdən də cavab istəniləcək.

Kanadanın Hay Dat Komitəsi deputat Stefan Berjeroni, eləcə də komitənin bütün üzvlərinə “bu təcili məsələdə göstərdikləri dəstəyə görə” təşəkkür edib.

Daha çox göstər
Back to top button