BaşlıcaSiyasət

Nikol Paşinyan Hindistan səfiri ilə görüşündə:  “Ermənistan Hindistanla münasibətlərdə mövcud potensialın davamlı şəkildə reallaşdırılmasında maraqlıdır”

Fevralın 14-də Baş nazir Nikol Paşinyan Ermənistanda diplomatik fəaliyyətini başa vurmaqda olan Hindistan Respublikasının Ermənistan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Kişan Dhan Devalı qəbul edib.

Hökumətdən  əldə olunan məlumata görə, Baş nazir səfir Devalın Ermənistan-Hindistan dostluq münasibətlərinin daha da sıxlaşdırılması istiqamətində gördüyü işləri xüsusi vurğulayıb və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

İqtisadiyyat, texnologiya, təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığı səmərəli qiymətləndirən Nikol Paşinyan qeyd edib ki, Ermənistan Hindistanla münasibətlərdə mövcud potensialın davamlı şəkildə reallaşdırılmasında maraqlıdır.

Baş nazir həmçinin 2019-cu ili Hindistanın Baş naziri Narendra Modi ilə Nyu-Yorkda görüşü böyük məmnuniyyətlə xatırladıb.

Hindistan səfiri yüksək qiymətə görə Ermənistanın Baş nazirinə minnətdarlığını bildirib və onun fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün maksimum səy göstərdiyini qeyd edib.

Həmsöhbətlər Ermənistan-Hindistan münasibətlərinin inkişaf dinamikası və ikitərəfli gündəliyə dair fikir mübadiləsi aparıblar.

Daha çox göstər
Back to top button