ArtsaxBaşlıca

Ruben Vardanyanın rəhbərlik etdiyi Operativ qərargahın iclasında bir sıra təxirəsalınmaz məsələlər müzakirə edilib

Artsax Respublikasının dövlət naziri, operativ qərargah rəhbəri Ruben Vardanyanın rəhbərliyi ilə fevralın 14-də keçirilən qərargah iclasında bir sıra təxirəsalınmaz məsələlər müzakirə edilib.

 Dövlət naziri aparatının mətbuat xidmətindən verilən məlumata görə, ərzaq məhsulları, dərman, yanacaq, o cümlədən infrastruktur sahələrində vəziyyət təqdim olunub.

“Artsaxenerqo” QS şirkətinin direktoru Andranik Xaçatryan qeyd edib ki, qaz təchizatının olmaması və soyuq hava səbəbindən enerji sistemi yükə tab gətirə bilmir, qəzalar artıb, paylayıcı şəbəkə ekstremal vəziyyətdədir.

 Dövlət naziri yaranmış vəziyyətlə bağlı təkliflərin bütün məsul strukturlarla müzakirə edilməsi və mövcud şəraitdə ən səmərəli həll yollarının tapılması üçün təqdim edilməsini tapşırıb.

 Sosial inkişaf və miqrasiya naziri Armen Manqasaryan blokadanın nəticələrinin yumşaldılmasına yönəlmiş sosial dəstək tədbirlərinin gedişatını təqdim edərək, benefisiarlar üçün ərizələrin verilməsi prosesinə başlandığını bildirib.

Dövlət naziri bütün benefisiarların nəzərdə tutulan kompensasiyaları vaxtında ala bilməsi üçün dəstək tədbirləri barədə əhalinin lazımi məlumatlandırılmasını təmin etməyi tapşırıb.

Armen Manqasaryan onu da bildirdi ki, Artsaxa çatan bəzi xeyriyyə yüklərinin paylanması davam edir. Xeyriyyə məqsədilə alınan ərzaq məhsulları sosial cəhətdən aztəminatlı qruplara yalnız pulsuz verilir.

Dövlət naziri Ruben Vardanyan prosesin ən şəffaf şəkildə həyata keçirildiyini vurğulayaraq qeyd edib ki, bu, həm yükü göndərən xeyriyyə təşkilatları, həm də ictimaiyyət üçün aydın və başa düşülən olmalıdır.

Onun sözlərinə görə, müxtəlif növ dezinformasiyalara, möhtəkirliyə xərac verməmək naminə xeyriyyə yükünün kimə və hansı prinsipə əsasən ayrılması barədə əhali düzgün məlumatlandırılmalıdır.

İclasda qiymətlərə nəzarət məsələsi də müzakirə olunub. Məlumat verilib ki, “Malların dövriyyəsinin, o cümlədən satış qiymətlərinin formalaşdırılmasının və nəzarətinin həyata keçirilməsinin xüsusi Qaydası” təsdiq edilib və bununla bağlı Dövlət Gəlirləri Komitəsi, Dövlət Təftişlərini İdarəetmə Komitəsi, Vətəndaşlara Xidmət və İqtisadi Rəqabətin Tənzimlənməsi üzrə Dövlət Komissiyası və qiymətlərə nəzarət funksiyaları regionlarda idarələrə həvalə edilmişdir.

Dövlət naziri məsul qurumlara monitorinq və qiymət araşdırmalarını davam etdirmək, o cümlədən mümkün inflyasiya təzahürlərinin səbəblərini təhlil etməyi tapşırıb.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button