BaşlıcaBeynəlxalq

Samanta Pauer Ermənistanın Türkiyəyə humanitar yardım göndərməsinə münasibət bildirib: “Düşmənçiliyin bir kənara qoyulduğunu görmək çoxduyğuludur”

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin meneceri Samanta Pauer Ermənistanın Türkiyəyə humanitar yardım və axtarış-xilasetmə qrupu göndərməsini duyğulandırıcı adlandırıb.

Bu barədə Samanta Pauerin “Twitter”dəki paylaşımına istinadən məlumatlandırıb.

“Onilliklər boyu davam edən düşmənçiliyin çarəsiz ehtiyacı olan insanlara kömək etmək üçün bir kənara qoyulduğunu görmək çox həyəcanlıdır.

Yardımların zəlzələdən zərərçəkənlərə çatması üçün son 35 ildə ilk dəfə olaraq Ermənistanla Türkiyə arasında sərhəd-keçid məntəqəsi açılıb.

Ermənistan 100 ton ləvazimat və axtarış-xilasetmə qrupu göndərir”- deyərək  Samanta Pauer özünün Twitter mikrobloqunda yazıb.

Ermənistan dağıdıcı zəlzələdən zərər çəkmiş fəlakət zonası olan Türkiyəyə 27 nəfərlik xilasetmə qrupu göndərib. Erməni xilasediciləri Türkiyənin Adıyaman şəhərində axtarış-xilasetmə işləri aparır.

 Bundan başqa, Ermənistan Türkiyəyə humanitar yardım göndərib. Humanitar yardım daşıyan yük maşınları 1993-cü ildə Türkiyə tərəfindən birtərəfli qaydada bağlanan Ermənistan və Türkiyə arasında quru sərhəddi keçibdir.

Daha çox göstər
Back to top button