Spyurk (Diasporla) işləri üzrə baş komissar Zareh Con Sinanyan fevralın 17-dən martın 2-dək ABŞ-a ezam olunacaq. O, Dallas, Filadelfiya, Boston, Nyu-York və Vaşinqtonda olacaq.
Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarından öyrəndiyimiz kimi, Sinanyan dövlət və icma strukturlarının, gənclərin, mədəni, elmi, dini qurumların, tibb birliklərinin nümayəndələri ilə görüşmək və gələcək əməkdaşlıq yollarını müzakirə etmək üçün ABŞ-a səfər edəcək.