Laçın dəhlizinin qeyri-qanuni blokadası nəticəsində Dağlıq Qarabağda humanitar böhran başlayıb, enerji blokadası nəticəsində humanitar böhran daha da dərinləşib, eyni zamanda ekoloji böhran baş verir. “Armenpress”in məlumatına görə, bunu baş nazir Nikol Paşinyan hökumətin növbəti iclasında deyib.
“Dünən, Laçın dəhlizinin qanunsuz blokadasının 66-cı günündə Azərbaycan DQ-yə təbii qazın verilişini bərpa etsə də, 2 saatdan sonra yenidən qazın verilişini kəsib.
Xatırlatım ki, keçən dəfə Azərbaycan fevralın 7-də Dağlıq Qarabağa təbii qaz verilişini kəsib, ondan əvvəl isə yanvarın 29-da onu açmışdı.
2023-cü il yanvarın 9-dan Dağlıq Qarabağa elektrik enerjisinin verilməsi də dayandırılır.
Laçın dəhlizinin qeyri-qanuni blokadası nəticəsində DQ-də humanitar böhran başlayıb, enerji blokadası nəticəsində humanitar böhran daha da dərinləşib, eyni zamanda, ekoloji böhran baş verir, çünki DQ əhalisi mənzillərinin qızdırılması və digər məişət ehtiyacları üçün odundan istifadə etməli olur, bunun üçün meşələr kəsilir.
Bu, Laçın dəhlizinin blokadasının arxasında duran ekoloji motivlərin uydurma olduğunun təkzibolunmaz sübutudur. Azərbaycanın hərəkətlərinin bir məqsədi var: Dağlıq Qarabağ ermənilərinin etnik təmizləmə siyasətini başa çatdırmaq”, – Paşinyan bildirib.
Baş nazir vurğulayıb ki, əgər indiyə qədər beynəlxalq ictimaiyyət erməni tərəfinin bu iddiasına şübhə ilə yanaşırdısa, indi bu, getdikcə daha aydın görünür.
Paşinyan Lemkin adına Beynəlxalq Soyqırımın Qarşısının Alınması İnstitutunun Laçın dəhlizinin qanunsuz blokadası və Azərbaycan rəhbərliyinin ritorikası ilə bağlı son 3 ayda 3 dəfə bəyanatla çıxış etməsini təsadüfi hesab etmir.
“2023-cü il yanvarın 18-də dərc olunmuş sonuncu belə bəyanatda Lemkin İnstitutu dünya liderlərini Dağlıq Qarabağdakı ermənilərin soyqırımı təhlükəsinə ciddi yanaşmağı xahiş edir.
Bütün dünyada bu həyəcan hər gün daha da güclənməlidir və bu istiqamətdə səylər davamlı olmalıdır”, – deyə Paşinyan yekunlaşdırıb.