Başlıcaİctimaiyyət

Azərbaycanda narkotik aludəçilərinin sayı getdikcə artır

Ötən il Azərbaycanda 35 min 97 narkoman qeydə alınıb. Kütləvi informasiya vasitələrinin məlumatına görə, bu haqda  Azərbaycan Səhiyyə nazirliyi nədznində Respublika Narkoloji mərkəzinin baş direktoru Orxan Cəfərov  bildirib.

Cəfərovun sözlərinə görə, onlardan 572 nəfəri qadındır. 15-17 yaş arasında olan 11 narkomanqeyd olunub.

Baş direktor narkomaniyanın nə qədər tez baş verdiyini də danışıb. Onun sözlərinə görə, müəyyən müddətdən sonra narkotik vasitələrdən istifadə edən insanlarda məsələn, yuxusuzluq, əsəbilik, sürətli arıqlama, hərəkətlərin ləngiməsi kimi əlamətlər yaranır.

Narkomanların ümumi sayı dəqiqləşdirilməyib. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda rəsmi statistika reallığı zəif əks etdirir.

Daha çox göstər
Back to top button