Türkiyədə baş vermiş faciəvi zəlzələdən dərhal sonra, iki ölkə arasında diplomatik əlaqələrin olmamasına və sərhədlərin bağlı olmasına baxmayaraq, Ermənistan fəlakətdən zərər çəkmiş insanlara humanitar əl uzatdı.
Ermənistan Baş naziri Nikol Paşinyan zəlzələ ilə bağlı ilk xəbəri aldıqdan sonra zəlzələ qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verib və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Bir gün sonra Ermənistan Türkiyəyə 27 nəfərlik axtarış-xilasetmə qrupu göndərib və onlar Adıyamanda xilasetmə əməliyyatlarında fəal iştirak ediblər. Həmçinin Ermənistan Türkiyənin zərər çəkmiş bölgələrinə 1993-cü ildən bağlı olan Margara körpüsü vasitəsilə iki dəfə humanitar yardım göndərib.
Fevralın 15-də isə ER xarici işlər naziri Ararat Mirzoyan şəxsən Ankaraya gedib və orada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Mirzoyan Adıyamanda da olub və orada iş aparan erməni xilasedicilər ilə görüşüb. Birgə mətbuat konfransı zamanı Çavuşoğlu Ermənistanın bu ağır günlərdə Türkiyəyə humanitar əlini uzatdığını, həmrəylik və əməkdaşlıq nümayiş etdirdiyini vurğulayıb.
XİN başçılarının görüşündə yolların açılması məsələsi də müzakirə olundu, həmçinin Ararat Mirzoyan bildirib ki, Ani körpüsünün bərpası ilə bağlı razılığa gəliblər.
Türkiyənin Ermənistanla əlaqələrin normallaşması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç da öz növbəsində Tvitterdə bir neçə dəfə, hətta erməni dilində Ermənistana öz təşəkkürünü bildirdi.
Artıq fevralın 16-da erməni xilasedicilər Türkiyədə bir həftədən çox davam edən işləri başa vuraraq Marqara körpüsü ilə vətənə qayıdıblar.
Bütün bunlara paralel olaraq, Azərbaycan təbliğat maşını Türkiyədə əhalinin fəlakətli vəziyyətini belə nəzərə almadan müxtəlif saxta xəbərlərlə fəal şəkildə anti-erməni əhval-ruhiyyəsi yaymağa, Ermənistanın humanitar addımlarına və xilasetmə əməliyyatlarına kölgə salmağa çalışırdı.
Lakin Türkiyənin xarici işlər naziri şəxsən yayılan dezinformasiyaları təkzib etdi.
Rəsmi Bakı Türkiyə ilə Ermənistanın bu yaxınlaşmasını və Ermənistanın yardımını şərh etməsə də, hadisələrin bu cür gedişatından hökumətin sevinmədiyi açıq-aydın görünür.
Qeyd edək ki, hətta Artsaxın blokadası şəraitində Ermənistanın göstərdiyi bu humanitar jestlər beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qiymətləndirilib.