BaşlıcaBeynəlxalq

O, başqalarını da iştirak etməməyə çağırıb:  “Məşhur kosmonavt Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak etməyəcək”

Məşhur amerikalı astronavt Qarret Reysman Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirakdan imtina edib. O, bu barədə özünün “Twitter” mikrobloqunda Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Bakı Konqresində iştirakla bağlı açıqlamasına cavab olaraq bir neçə paylaşım edib.

“Beynəlxalq Astronavtika Konqresi (BAK) niyə Azərbaycanda keçirilir? Bir ölkə ki, qonşusu Ermənistana qarşı son hərbi təcavüzdə günahkar  hesab olunur.

Azərbaycan Avropada insan haqları sahəsində ən pis göstəricilərə malik ən korrupsiyalaşmış ölkələrdən biridir.

Mən qurultaya getməyəcəyəm, əgər gedirsənsə, zəhmət olmasa, mövqeyini bir daha nəzərdən keçir” – deyərək o, yazıb.

Reisman Freedom House, Sərhədsiz Reportyorlar və Transparency İnternational təşkilatlarının hesabatlarını da yerləşdirərək o, qeyd edib:

“Hərbi təcavüz ötən ilin sentyabrında başlayıb və Avropa Şurası tərəfindən pislənib. Freedom House-un son hesabatında Azərbaycan ilə dördtərəfli əlaqə var.

Rusiya, Türkmənistan və Özbəkistan Avropa və Mərkəzi Asiyada ən çox korrupsiyaya uğramış ölkələrdir.

“Sərhədsiz Reportyorlar” təşkilatı Azərbaycanı Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 154-cü yerdə qərarlaşdırıb (Rusiyanı cəmi 1 pillə qabaqlayır, Azərbaycanı təbrik edirəm).

“Transparency İnternational təşkilatı Azərbaycanı hazırkı korrupsiya qavrama indeksinə görə 180 ölkə arasında 128-ci yerdə tutur ki, bu da yenə də Rusiyadan yalnız bir pillə yüksəkdir”-deyərək  Reisman yazır.

Bu ilin oktyabrında Bakıda Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi planlaşdırılıb.

Daha çox göstər
Back to top button