BaşlıcaSiyasət

AŞPA həmməruzəçiləri Lacin dəhlizinin bağlanmasını qeydə alıblar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Ermənistanın öhdəliklərinin yerinə yetirilməsinin monitorinqinə cavabdeh olan həmməruzəçiləri Kimmo Kilyunen (Finlandiya) və Boriana Oberq (İsveç) Ermənistanda snrasa Ermənistanı Berdzor yoluyla birləşdirən  (Laçın dəhlizi – red.) keçid məntəqəsində olmuş və  keçid nöqtəsinin bağlı olduğunu təstiq ediblər.

Bu haqda Sünik qubernatorluğu öz “Facebook” səhifəsində məlumatlandırıb.

“Fevralın 18-də Sünik qubernatoru Robert Ğukasyan Sünikə faktaraşdırıcı missiya ilə gəlmiş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçilərini qarşılayıb və onları müşayiət edib.

Ermənistanın öhdəlikləri Finlandiyadan Kimmo Kilyunen və İsveçdən Boriana Oberq, onları Milli Assambleyanın sədr müavini Ruben Rubinyan və parlamentin deputatı Arusyak Julhakyan müşayiət edib.

Həmməruzəçilər  Berdzor yolunun bağlanması ilə əlaqədar Sünikə sığınan Artsax sakinləri ilə görüşüblər. Kimmo Kilyunen onlara deyib:

“Biz Ermənistan-Artsax sərhədində həqiqətən nə baş verdiyini öyrənmək üçün burada faktaraşdırıcı missiyadayıq. Biz sizi dinləmək, hisslərinizi başa düşmək və hesabatlarımızda bunları təqdim etmək istəyirik”.

AŞ PA nümayəndələri Ermənistanı Artsaxla birləşdirən yolun keçid məntəqəsinə də baş çəkib və magistralın bağlanmasını qeydə alıblar” – deyərək məlumatda qeyd olunub.

Daha çox göstər
Back to top button