BaşlıcaSiyasət

BQXK bundan sonra da DQ əhalisinin humanitar problemlərinin həllinə töhfə verəcək

Baş nazir Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Miryana Spoliariçlə görüşüb.

Baş nazir ER hökuməti ilə BQXK arasında sıx əməkdaşlığın vacibliyini vurğuladı. Nikol Paşinyan qeyd edib ki, BQXK Dağlıq Qarabağda fəaliyyət göstərən yeganə beynəlxalq təşkilatdır və xüsusilə Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni blokadası nəticəsində Dağlıq Qarabağda humanitar böhrandan irəli gələn müxtəlif problemlərin aradan qaldırılmasına və həllinə mühüm töhfə verir.

Baş nazirin sözlərinə görə, BQXK Cənubi Qafqaz regionunda ən mühüm rola və əhəmiyyətə malikdir.

BQXK  rəhbəri  öz mandatlarına uyğun olaraq bundan sonra da DQ əhalisinin humanitar problemlərinin həllinə töhfə verəcəklərini bəyan edib.

Xanım Spoliariç ER hökuməti ilə səmərəli əməkdaşlıq faktını da qeyd edib. Baş nazir Azərbaycanda qanunsuz saxlanılan erməni hərbiçilərlə onların ailələri arasında əlaqə yaratdığına görə BQ XK-nə təşəkkür edib.

Daha çox göstər
Back to top button