BaşlıcaSiyasət

Paşinyan beynəlxalq ictimaiyyətin Laçın dəhlizi ətrafındakı vəziyyətə ciddi yanaşmasını zəruri hesab edir

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazın təhlükəsizliyinə dair panel müzakirəsində Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanması məsələsinə toxunub.

“Laçın dəhlizinin bağlanmasından artıq 70 gün keçir və çox təəssüf ki, Dağlıq Qarabağda humanitar böhran yaşayırıq. Həmçinin, orada enerji böhranı var.

Çünki Dağlıq Qarabağa elektrik enerjisi və qaz təchizatı pozulur son 70 gündə Dağlıq Qarabağın qaz təchizatı 10 dəfə kəsilib.Bu problemdir ki,  gərək ünvanlansın”- deyərək ER Baş naziri bəyan edib.

O əlavə edib ki, 2020-ci il noyabrın 9-da olan üçtərəfli bəyanatda Laçın dəhlizi ilə bağlı dəqiq qaydalar verilib. Onun sözlərinə görə, üçtərəfli bəyanata əsasən, Laçın dəhlizi ilə sərbəst hərəkəti təmin etmək Azərbaycan və Rusiya sülhməramlılarının üzərinə düşür. Lakin indi vəziyyət tamamilə əksinədir.

Baş nazir vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu vəziyyətə ciddi diqqət yetirməlidir, çünki belə davam edərsə, Dağlıq Qarabağda yaşayan ermənilər üçün qarşısıalınmaz humanitar nəticələr yarana bilər.

Daha çox göstər
Back to top button