ArtsaxBaşlıca

Ruben Vardanyan:  “Vətənimizi itirmək fəlakətinin qarşısını mübarizə ilə ala bilərik”

35 il əvvəl məhz bu gündə Qarabağ hərəkatı başlayıb. Hərəkat olmasaydı, biz təkcə Artsaxı yox, Ermənistanı da itirərdik.

Bu haqda  Artsaxın dövlət naziri Ruben Vardanyan öz Facebook səhifəsində yazıb.

“Artsaxın qorunub saxlanması və birinci Artsax müharibəsində qələbə hissi bizə böyük güc və inam verdi, çünki biz çoxlarına qeyri-mümkün görünən o qələbəni mümkün edə bildik.

 Hərəkat sayəsində biz başa düşdük ki, müharibənin mübarizə ilə vətənimizi itirmək fəlakətinin  qarşısını ala bilərik.

Artsax xalqı etnik təmizləmə və vətəndən deportasiya təhlükəsinin başımızın üstündən asmaması üçün azad, müstəqil, ləyaqətli həyat yaşamaq hüququ uğrunda mübarizəni davam etdirir.

 Buna cavab olaraq, qonşu Azərbaycandan bugünkü blokada, başımıza gələn çətinliklər şəklində davam edən müharibələr, insan itkiləri, ağır sınaqlar aldıq.

Bütün sınaqlara baxmayaraq, bizim Artsax ermənisini saxlamaq iradəmiz sarsılmaz olaraq qalır. Artsaxın taleyini bizsiz müzakirə edən və həll etməyə çalışanların hamısı başa düşmürlər ki, biz 35 il əvvəl bu gündə taleyimizi öz əlimizə almışıq.

Biz bu qərara görə çox yüksək qiymət ödədik. Bir çox sədaqətli qəhrəmanlarımız bu torpağı erməni saxlamaq üçün canlarını verdilər, çünki onlar Artsaxın erməni dövlətçiliyinin və erməni dünyasının qorunması üçün müstəsna əhəmiyyətini dərk edirdilər.

Dövlət naziri işlədiyim bu 100 gün ərzində və ağır mühasirə şəraitində mən Artsax xalqının fövqəladə qüdrətli gücünü öz gözümlə gördüm və başa düşdüm ki, biz bu gücü yaşadığımız torpaqdan, kökləri olan torpaqdan alırıq o da bizim milliməənliyimizdir.

Mən köklərimizin dərinliyini və ondan qaynaqlanan o bənzərsiz gücü hiss etdim.

İndi də əminliklə deyirəm ki, hədəfimizə çatmaq üçün daha 35 il vaxt lazım olsa belə, bu, bizi dayandırmamalı, məyus etməməli, hədəfimizdən uzaqlaşdırmamalıdır.

 Məqsədimizə nail olmaq üçün kifayət qədər iradəmiz və əzmimiz var və heç kim bunu əlimizdən ala bilməz” – deyərək Vardanyan yazıb.

Daha çox göstər
Back to top button