Başlıcaİctimaiyyət
Azərbaycanda İŞİD-in maliyyəçisi saxlanılıb
Fevralın 21-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İŞİD (İslam dövləti) terror təşkilatının “mühasibini” saxlayıb.
DTX bununla bağlı rəsmi məlumat yaymayıb. Hüquq-mühafiz orqanlarındakı mənbə bu məlumatı “Turan” agentliyinə təsdiq edib.
Saxlanılan şəxsin adı, vətəndaşlığı və əməliyyatın təfərrüatları açıqlanmır. Faktla bağlı istintaq tədbirləri davam edir.