Fevralın 20-də ER Xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Avropa Xarici Fəaliyyət xidmətinin mülki əməliyyatlar komandanı Stefano Tomatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş AB-nin Ermənistanda yeni monitorinq missiyası başlamazdan əvvəl keçirilib.
Nümayəndə heyətini salamlayan nazir müavini AB-nin uzunmüddətli mülki missiyasının Ermənistanda yerləşdirilməsi qərarını bir daha yüksək qiymətləndirib, missiyanın rahat başlaması və fəaliyyəti ilə bağlı məsələlərdə erməni tərəfinin maksimum dəstək verməyə hazır olduğunu bildirib.
AB-nin əvvəlki qısamüddətli missiyasının fəaliyyətinin davamında hər iki tərəfdən yerlərdə insan təhlükəsizliyinin, Ermənistanın Şərq sərhədində və regionda sabitliyin yaradılmasının vacibliyi vurğulanıb.
Mətn radar.am-ə məxsusdur.