BaşlıcaEkonomika

Ermənistanın ÜDM-i rekord göstəricidir – təxminən 8,5 trilyon dram

2022-ci ildə Ermənistanın ÜDM-i təqribən 8,5 trilyon dram (1 dram = 0.0026 dollar) təşkil edib. Bu barədə ER Statistika Komitəsinin saytı məlumat yayıb.

Dramın hazırkı məzənnəsi ilə bu, 21 milyard dollara bərabərdir və indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

2022-ci ildə 2021-ci illə müqayisədə ER-də ÜDM 12,6% artıb.

2022-ci ildə Ermənistanda adambaşına düşən ÜDM ötən il 2 milyon 357 min 398 dram olduğu halda, 2 milyon 861 min 735 dram təşkil edib.

Daha çox göstər
Back to top button