BaşlıcaSiyasət

Türkoloq: “Blinkenin Türkiyəyə səfəri Erdoğan hökumətinə yaxınlıqdan xəbər vermir”

Fevralın 6-da baş verən zəlzələdən sonra ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfəri Erdoğan hökumətinə yaxınlıqdan xəbər vermir, əksinə, belə yüksək rütbəli amerikalı məmurun səfəri sırf mərasim xarakteri daşıyır-deyə  türkoloq Muşeq Xudaverdyanqeyd edib.

Onun sözlərinə görə, Qərb Erdoğan hökumətini dəstəkləmir, üstəlik, NATO-ya üzv dövlətlər belə bir fikrə meyllidirlər ki, Erdoğan Şimali Atlantika alyansının maraqlarına uyğun siyasət yürütmür.

Odur ki, Qərbin Türkiyə ilə münasibətləri eyni müstəvidədir. Erdoğan hökuməti iləisə tam başqa  müstəvidə.

Qarşıdan gələn seçkilərə gəlincə, “Radiolur”un həmsöhbəti bildirir ki, mayın 14-nə təyin edilmiş seçkilərin təxirə salınması məsələsi Türkiyənin zəlzələdən sonra daxili siyasi gedişatlarının bir nömrəli mövzusudur.

 Türkoloq Muşeq Xudaverdyan qeyd edir ki, müxalif siyasi dairələr prezident və parlament seçkilərinin təxirə salınmasının əleyhinədirlər, hakim iqtidar zəlzələ mövzusundan sui-istifadə edərək, vaxtaşırı informasiya meydanına tarixlərə yenidən baxılması mövzusunu atmağa çalışır.

Bu günlərdə Türkiyə mətbuatı Türkiyə Ali Seçki Komissiyasının ölkədə keçiriləcək prezident və parlament seçkilərinin altı aydan bir ilə qədər təxirə salınması ilə bağlı mümkün təşəbbüsü ilə bağlı tirajlanıb, lakin Türkiyə konstitusiyasına görə, seçkilər 18 iyundan gec keçirilməməlidir.

Seçkiqabağı Türkiyə üçün seçici siyahılarının hazırlanması ilə bağlı problemlər yarana bilər. Türkiyə Yüksək Seçki Şurası zəlzələ bölgəsində vətəndaşların səs verməsi ilə bağlı məsələlərlə bağlı araşdırma aparmalıdır.

Daha çox göstər
Back to top button