BaşlıcaEkonomika

2022-ci ildə ən yüksək və ən aşağı inflyasiyaya malik ölkələrin siyahısı açıqlanıb

Ötən ilin nəticələrinə görə, Rusiya qiymət artımına görə bütün dünya ölkələri arasında 52-ci yerdə qərarlaşıb. Orada inflyasiya 11,9% təşkil edib. Bu barədə RİA Novosti öz hesablamalarına istinadən məlumat yayıb.

Ən yüksək inflyasiya Zimbabve (243,8%), Venesuela (234%) və Livanda (122%) qeydə alınıb. Bu siyahıda dördüncü yeri Argentina (94,8%), beşinci yeri isə Sudan (87,3%) tutur. Türkiyə 64,3 faizlə altıncı yerdədir.

İlk 50 yerdə 17 Avropa ölkəsi qərarlaşıb. Onlardan 11-i Avropa İttifaqının üzvüdür.

İnflyasiyanın ən böyük artımı Moldovada (30,2%), Ukraynada (26,6%), Macarıstanda (24,5%), Litvada (21,7%) və Latviyada (20,8%) qeydə alınıb.

Rusiyanın qonşu ölkələri arasında ən yüksək qiymət artımı Qazaxıstan (20,3%), Qırğızıstan (14,7%) və Azərbaycanda (13,9%) müşahidə olunub. Belarus və Özbəkistanda da inflyasiya Rusiyadan yüksəkdir, müvafiq olaraq 12,8% və 12,3% təşkil edir. Ən aşağı inflyasiya Çində olub – cəmi 1,8%, eləcə də Omanda – 1,98%.

Daha çox göstər
Back to top button