BaşlıcaBeynəlxalq

Fransa BMT Məhkəməsinin Laçın dəhlizindəki vəziyyətlə bağlı qərarını nəzərə alıb

Fransa Xarici işlər nazirliyinin rəsmi saytında dərc olunan bəyanatda deyilir ki, Fransa Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsinin Laçin dəhlizindəki vəziyyətlə bağlı 22 fevral 2023-cü il tarixli qərarını lazımi qaydada qeyd edib.

Qeyd edək ki, Məhkəmə yekun qərar qəbul edilməzdən əvvəl Azərbaycandan Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətini təmin etmək üçün əlində olan bütün tədbirləri görməyi xahiş edib.

“Fransa Beynəlxalq Ədalət Məhkəməsinə sarsılmaz dəstəyini və qərarlarının, o cümlədən müvəqqəti tədbirləri məcburi xarakter daşıdığını bir daha bəyan edir” – deyərək  XİN-in bəyanatında  qeyd olunub.

Daha çox göstər
Back to top button