BaşlıcaSiyasət

Kopirkin. 24news.am: “Heç bir dəhliz məntiqindən söhbət gedə bilməz”

Cənubi Qafqazda iqtisadi infrastrukturların və yolların bağlanması məsələsini müzakirə edən Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinləri komitəsi Rusiya tərəfinin dəfələrlə bəyan etdiyi kimi, Ermənistan ərazisindən keçən hər hansı dəhlizlə bağlı danışıqlar aparmır.

Bu barədə Rusiyanın Ermənistandakı Fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin 24News-a müsahibəsində bildirib.

Xatırladaq ki, Azərbaycan tərəfi bu yaxınlarda Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikovun müsahibəsini dərc edib və ona “Rusiya tərəfi “Zəngəzur dəhlizi”nin açılmasında problem görmür” bəyanatını aid edib.

“Mən bu danışıqlarda iştirak etmirəm, üç ölkənin Baş nazirlərinin müavinləri və mütəxəssisləri bununla məşğuldur, lakin Rusiyanın mövqeyini bir neçə dəfə həmsədr, Baş nazirin müavini Aleksey Overçuk açıq şəkildə bəyan edib ki, orada söhbət heç bir dəhlizlərarası diplomatiyadan getmir.

Səfirin açıqlamalarına gəldikdə isə, bildiyimə görə, o, hər hansı dəhlizdən danışmayıb, regionda kommunikasiyaların açılmasından danışıb” – deyərək o qeyd edib.

Daha çox göstər
Back to top button