BaşlıcaEkonomika

“Lydian Armenia”, hökumət və AİB arasında memorandum imzalanıb – Amulsar yenidən fəaliyyət göstərəcək

Ermənistan Respublikası Hökuməti, “Lydian Armenia” və Avrasiya İnkişaf Bankı arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.

İmzalanmış paketin dəyəri 250 milyon dollardır, memoranduma görə Amulsar yatağı yenidən fəaliyyətə başlayacaq.

“Bu memorandumla tərəflər 150 milyon ABŞ dolları həcmində investisiya cəlb etməyi hədəfləyir. Müqavilədən kənar 100 milyon ABŞ dollarına yaxın investisiya qoyulacaq.

Pul Amulsar mədəninin yenidən işə salınması üçün tikinti işlərinin başa çatdırılmasına və lazımi avadanlıqların alınmasına sərf olunacaq.

Hökumət yeni şirkətin 12,5 faizini alacaq və əvəzində heç nə ödəməyəcək. Bunun əvəzinə müəyyən əməliyyat risklərinə qarşı sığorta təmin edəcək”,- Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bildirib.

Daha çox göstər
Back to top button