ArtsaxBaşlıcaSiyasət

Ruben Vardanyan istefa verməyəcək, vəzifəsindən azad olunanda da Artsaxdan getməyəcək

Ruben Vardanyan istefa verməyəcək, vəzifəsindən azad olunanda da Artsaxdan getməyəcək. Bu barədə “Azatutyun”a müsahibəsində Ruben Vardanyanın müşaviri Mesrop Arakelyan bildirdi.

“Bu söz-söhbətlər yeni deyil, təəssüf ki, onun vəzifəyə gələndən bəri, yanvarda da, o vaxt da oxşar söz-söhbətlər var idi. O vaxt da dediyim kimi, Ruben Vardanyan istefa vermək fikrində deyil, eləcə də Artsaxı tərk etmək niyyətində deyil, çünki Ruben Vardanyanın və komandamızın Arstaxla bağlı mövqeyimiz Artsaxda vəzifə tutmaqdan asılı deyil.

Hər hansı siyasi dəyişiklik olub-olmamasından asılı olmayaraq, Ruben Vardanyanın Artsaxa bağlılığı dəyişməyəcək və mövcud çağırışlarla üzləşmək üçün əlindən gələni edəcək”,- deyə o qeyd etdi.

Ruvben Vardanyanın tutduğu vəzifəsindən azad olub-olmamasında dair sualı cavablandıran Arakelyan qeyd etdi ki, hazırda belə bir məlumat yoxdur, Arstax Respublikasının Prezidentinin belə bir qərarı varsa, Artsax prezidenti həm səbəbləri, həm də atılacaq növbəti addımları təqdim edəcək.

Daha çox göstər
Back to top button