BaşlıcaSiyasət

Artsaxın Xarici işlər naziri Ermənistan və Artsaxın keçmiş Xarici işlər nazirləri ilə görüşüb

Fevralın 22-də Artsax Respublikasının Xarici işlər naziri Sergey Ğazaryan Ermənistan Respublikasının keçmiş Xarici işlər nazirləri Zöhrab Mnatsakanyan, Ara Ayvazyan və Artsax Respublikasının keçmiş Xarici işlər nazirləri Arman Melikyan və Karen Mirzoyan ilə görüşüb.

Artsax Respublikasının Xarici işlər nazirliyindən verilən məlumata görə, görüş zamanı həmsöhbətlər Artsax Respublikasının Azərbaycan tərəfindən blokadaya alınması nəticəsində yaranmış vəziyyəti, onu aradan qaldırmaq üçün mümkün addımları, prosesin hazırkı mərhələsini müzakirə ediblər.

Azərbaycan-Qarabağ münaqişəsinin həlli, Artsaxın subyektivliyinin artırılması ilə bağlı məsələlər müzakirə olunub.

Mənbənin məlumatına görə, Sergey Ğazaryan Ermənistanda, Artsaxda və Spyurkda siyasi və diplomatik resursların birləşdirilməsini və bu potensialdan Artsaxın xeyrinə istifadə edilməsini vurğulayıb.

Qeyd olunur ki, görüş iştirakçıları öz peşəkar imkanları çərçivəsində Artsaxa faydalı olmağa hazır olduqlarını bildiriblər.

Daha çox göstər
Back to top button