BaşlıcaSiyasət

Nikol Paşinyan Berlinə gedir:  Onu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer qəbul edəcək

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer martın 3-də Berlində Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edəcək.

Bu barədə Almaniya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Mənbə danışıqların gündəliyi barədə ətraflı məlumat vermir. Ermənistan hökuməti hələlik gözlənilən səfərlə bağlı məlumat verməyib.

Ermənistanın Baş naziri sonuncu dəfə 44 günlük müharibədən əvvəl Berlinə səfər etmişdi.

Daha çox göstər
Back to top button