BaşlıcaEkonomika

“Standard and Poor’s” reytinq agentliyi Ermənistanın suveren “B+” reytinqini bir daha təsdiqləyib

“Standard and Poor’s” reytinq agentliyi Ermənistan Respublikasının uzunmüddətli/qısamüddətli suveren kreditinin xarici valyutada və milli valyutada “B+”/“B” reytinqlərini yenidən təsdiqləyərək, proqnozu “stabil”dən “müsbət”ə dəyişib. Bu barədə Ermənistanın Maliyyə Nazirliyi məlumat yayıb.

 “Standard and Poor’s” agentliyinin müşahidələrinə görə, reytinq perspektivinə yenidən baxılması üçün Ermənistan iqtisadiyyatının yüksək artım templəri və iqtisadi potensialın yaxşılaşma perspektivi, dövlət büdcəsi göstəriciləri, dövlət borc yükü və iqtisadiyyatın xarici vəziyyətinin  əhəmiyyətli dərəcədə yaxşılaşması,  rol oynayıb.

Hazırkı reytinqə xarici rəsmi maliyyə mənbələrinin mövcudluğu və son illərdə çoxsaylı xarici şoklar şəraitində iqtisadi və maliyyə sabitliyini qorumağa kömək edən ağlabatan makroiqtisadi siyasət çərçivəsi müsbət təsir göstərir.

Agentliyin qiymətləndirməsinə görə, iqtisadi artımın yüksək səviyyəsi, habelə fiskal siyasət, tədiyə balansı və maliyyə sabitliyi ilə bağlı risklərin idarəolunması şəraitində Ermənistanın suveren reytinqi yaxın aylarda artırılacaq. Üstəlik, bu halda Beynəlxalq Valyuta Fondu ilə həyata keçirilən ehtiyat (profilaktik) proqramının da əhəmiyyəti vurğulanır.

Qlobal qeyri-müəyyənliklər şaritində agentlik tərəfindən 2022-ci ildə Ermənistanın 12,6% iqtisadi artımına, eləcə də Hökumətin borcunun/ÜDM nisbətinin əhəmiyyətli dərəcədə azalmasına diqqət yetirilib. Üstəlik, agentliyin qiymətləndirməsinə görə, iqtisadi artım potensialı, ehtimal ki, yaxın illərdə artacaq, borc yükü isə sabit və idarəolunan səviyyədə qalacaq.

Agentlik həmçinin Ermənistanın yüksək beynəlxalq enerji qiymətlərinin təsirindən əhəmiyyətli dərəcədə asılı olmadığını vurğulayaraq, Rusiya Federasiyası ilə uzunmüddətli təbii qaz tədarükü müqavilələrinin mövcudluğunu qeyd edib.

Daha çox göstər
Back to top button