BaşlıcaSiyasət

Lilit Makunts və Kaliforniya qubernatorunun müavini Cənubi Qafqazın təhlükəsizlik məsələlərini müzakirə ediblər

Fevralın 24-də Los-Ancelesdə Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts Kaliforniya qubernatorunun müavini Eleni Kunalaqis ilə görüşüb.

Ermənistanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, görüş zamanı həmsöhbətlər Kaliforniya-Ermənistan sazişi çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, son zamanlar ştatda ksenofobiyanın təzahürləri, eləcə də erməni icmasının bu işə cəlb olunması məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin Cənubi Qafqazda təhlükəsizlik problemləri, Laçın dəhlizinin blokadası və bunun nəticəsində yaranan humanitar böhranı müzakirə ediblər.

İqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Daha çox göstər
Back to top button