BaşlıcaBeynəlxalq

AB Azərbaycanı Laçın dəhlizi ilə hərəkət azadlığı və təhlükəsizliyini təmin etməyə çağırır

Avropa Birliyi Laçın dəhlizi ilə hərəkət azadlığının davamlı pozulmasının Dağlıq Qarabağda insan hüquqlarına, o cümlədən sağlamlıq, təhsil və qida hüquqlarına təsir etməsindən narahatdır. Bu haqda AB-nin rəsmi saytı məlumatlandırır.

“AB Azərbaycan hakimiyyətini və bütün məsul şəxsləri 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq dəhliz vasitəsilə hərəkət azadlığı və təhlükəsizliyinə zəmanət verməyə və Beynəlxalq Ədalət Məhkəməsinin    2023-cü il  fevral tarixli qərarına hörmət etməyə çağırır.

AB Azərbaycan və Ermənistanı dialoqda, o cümlədən dövlət başçıları səviyyəsində iştirakını davam etdirməyə çağırır.

Biz Avropa Şurasının rəhbəri Çarlz Mişelin dəstəyi ilə sülh prosesinin davam etdirilməsini səbirsizliklə gözləyirik”- deyərək bəyanatda bildirilib.

Daha çox göstər
Back to top button