
Ermənistan silahı sifariş etməzdən əvvəl Kalyani Strategic Systems Limited (KSSL) tərəfindən hazırlanmış 155 mm/39 MArG özüyeriyən haubitsaların sınaqlarını keçirib.
Bu barədə Hindistanın Müdafiə Araşdırmalar üzrə Qanadı məlumatlandırıb.
“Kalyani Strategic Systems Limited rəsmiləri bildiriblər ki, “Marg 155/39” özüyeriyən haubitsa 8 ay ərzində hazırlanıb və Hindistan ordusu tərəfindən Balasore və Pokran bölgələrində hərbi əməliyyatlar üçün silah sistemi axtarandır.
Ermənistana təklif edilməzdən əvvəl yüksək dağlıq ərazilərdə sınaqdan keçirilib.
Özüyeriyən MArG 155/39 haubitsası təxminən 40 gün ərzində Ermənistan rəsmilərinin iştirakı ilə yenidən sınaqdan keçirilib və müqavilə Ermənistan hərbçiləri tərəfindən müəyyən edilmiş bütün atıcılıq standartlarına cavab verdikdən sonra müdafiə sənayesi sərgisində möhürlənibdir.